Bakı Dövlət Universitetində (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə “Pandemiya şəraitində distant təhsil: təcrübə və perspektivlər” mövzusunda onlayn vebinar keçirilib.
Vebinarda moderator, Sosial elmlər və psixologiya fakültəsinin Gender və tətbiqi psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin (REPM) direktoru, professor Rəna İbrahimbəyova rəhbərlik etdiyi qurumun nailiyyətlərindən söz açıb. Qeyd edib ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün təhsil müəssisələrində tədris prosesinin dayandırıldığı şəraitdə BDU-da keçirilən onlayn dərslər yaz imtahan sessiyasının uğurla başa çatmasını təmin edib.
“İnkişaf” REPM-nin aparıcı elmi işçisi, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova "Pandemiya şəraitində distant təhsil: təcrübə və perspektivlər" mövzusunda təqdimatla çıxış edib. Məsafədən dərslərin təşkilinin ölkəmizdə ilk təcrübə olduğunu bildirən Z.Veysova pandemiya şəraitində təhsildə baş verən dəyişiklik, o cümlədən dünya təcrübəsi, onlayn dərsin keyfiyyəti, monitorinq və qiymətləndirmə, onlayn tədrislə bağlı bacarıq və vərdişlərin formalaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının, intiraktiv metodların tədris prosesinə tətbiq edilməsi, davamiyyət və fəallıq, ümumi psixoloji durum kimi məqamlara aydınlıq gətirib.
Sonra “İnkişaf” REPM-in elmi işçiləri Bahar Kərimova, İradə Zamanova, Vəfa Məmmədova, İradə Məmmədova, Həbib Kərimov müasir təlim texnologiyaları, onlayn tədris materiallarının əlçatan olmasını təmin etmək, məsafədən dərslərin təşkili təcrübəsi və gələcək inkişafı yolları ilə bağlı fikirlərini səsləndiriblər.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov bildirib ki, artıq bütün dünyada ali təhsilin formasında kəskin surətdə yeniliklər baş verib, innovasiyaların dinamik sürəti tədris müəssisələrini yeni texnologiyaların təlim prosesinə tətbiqi ilə bağlı mühüm addımlar atmağa vadar edib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş vebinar sualların cavablandırılması ilə yekunlaşıb.
Tehsil-press.az