“Əkinçi” Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular.“Əkinçi”nin sorağı Londona da gedib çıxmışdı. Bakıya gələn bir fransız müxbiri isə H.Zərdabinin təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə getmiş və demişdir: “Siz həqiqi qəhrəmansınız. Bizdə belə bir kasıb qəzetdə işləməyə razı olan bir nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz xalqınızı ürəkdən sevirsiniz”.
Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədovanın təqdim etdiyi məqaləsində yer alıb.
Məqalədə bildirilir ki, XIX yüzillik Azərbaycan xalqının tarixində, onun sosial-iqtisadi və mədəni həyatında son dərəcə mühüm dəyişikliklər dövrü olub. H.Zərdabi “Əkinçi”nin səhifələrində elmin nailiyyətlərini dərindən öyrənmək üçün dillərin öyrənilməsini geniş təbliğ edirdi. İlk növbədə, o, azərbaycanlılar üçün rus dilinin öyrənilməsini vacib sayırdı. Azərbaycan xalqını başqa xalqlarla müqayisə edərək, müəllif təəssüflə etiraf edirdi ki, başqa xalqların kişi və qadınları iki-üç dil bilirlər, ancaq bizim azərbaycanlılardan nadir halda öz dilini, heç olmasa, bir adi məktub belə yazmaq dərəcəsində bilən kimsə tapılar, qadınlarsa hamısı savadsızdırlar.
H.Zərdabini hərəkətə gətirən milli təəssübkeşlik hissi idi. Qəzet və onun baş yazarı həmin dövrdə artıq Azərbaycanda öz mövqelərini möhkəmlədən və bu torpaqların həqiqi sahiblərinə qarşı mübarizəyə başlayan erməni ideoloqlarının qarşısında yeganə sipərə çevrilmişdi. “Əkinçi”nin bir sıra saylarında həmin dövrün qatı millətçi mövqeyində dayanan erməni qəzeti “Mşak” və onun redaktoru Arsruni ilə kəskin polemikaya təsadüf olunur.
Qəzetin nəşrində, xüsusilə müharibə xəbərlərinin verilməsində, “Əkinçi”ni senzuradan keçirməkdə, abunəçilərə çatdırmaqda və bir sıra başqa məsələlərdə yenə çətinliklər ortaya çıxdı. Zərdabi o “qara günlər”i xatırlayaraq yazırdı: “Müsəlmanların düşmənləri ki, Staroselskinin vaxtında bir iş görə bilmirdilər, hər tərəfdən “Əkinçi”nin üstə tökülüb onun bağlanmağına səy etdilər”.
H.Zərdabinin yazdığı kimi, vaxtilə ona kömək etmiş qubernator Staroselskinin Bakıdan köçüb getməsi, onun yerinə gələnin “Əkinçi” və redaktoruna aşkar qərəzli münasibət bəsləyib, fitnəkar adamların təhriki ilə hökumət təqibini şiddətləndirməsi vəziyyəti daha da ağırlaşdırdı. Hələ 1876-cı ilin avqustunda qəzetdə deyilirdi ki, “ol cənab qəzetimiz çap olmağa razı olmağını bilmirik. Onu təzə qubernator gələndə az qalmışdı ki, bağlasınlar, amma bir tövr təzə iləcən saxlayıblar. Sonra nə olacaq məlum deyil”.
Bu qeyddən sonra “Əkinçi” daha bir il çap olundu. Amma hökumətin ona münasibəti getdikcə pisləşdi. İş o yerə çatdı ki, qubernator mürəttib Minasovun fitnəsinə uyaraq “Əkinçi”nin çap olunmuş bir nömrəsini ləğv edib, redaktorsuz öz istədiyi məzmunda yeni bir nömrə buraxdırdı. Dramın növbəti pərdəsi Zərdabinin real məktəbdən çıxarılması və Bakıdan uzaqlaşdırılması oldu.
“Əkinçi” özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə cığır açdı. Ünsizadə qardaşlarının yaratdıqları “Ziya” (“Ziyayi-Qafqaziyyə”), “Kəşkül” kimi nəşrləri “Əkinçi” ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu. 1903-cü ildə “Şərqi-rus”un fəaliyyətə başlaması, demokratik dünyagörüşlü qələm sahiblərini, xüsusilə C.Məmmədquluzadəni, F.Nemanzadəni, M.Ə.Sabiri, A.Səhhəti, F.Köçərlini ətrafına cəm etməklə dövrün yeni publisistika nəslini yetişdirdi, “Molla Nəsrəddin”in intişarına müəyyən hazırlıq işləri gördü.
Həsən bəy Zərdabi ilə əsası qoyulan milli mətbuatımız XX əsrdə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra yeni inkişaf mərhələsinə qədəm qoyub, milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynayıb. Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir mətbuatın formalaşması və inkişafı üçün geniş imkanlar yarandı. 145 il bundan öncə Azərbaycan dilində nəşr olunan milli mətbuatımız zənginləşərək bu gün müxtəlif dillərdə, müxtəlif formatlarda dünya informasiya məkanında özünəməxsus yer tutur.
Tehsil-press.az