Məşhur Azərbaycan maarifçisi, görkəmli ictimai-siyasi xadim, təbiətşünas, alim, nasir və publisist, fədəkar müəllim Həsən bəy Məlikov – Zərdabi misilsiz xidmətləri ilə xalqımıza mədəni və elmi fikrinin inkişafı tarixində silinməz izlər qoymuş şəxsiyyətlərdən biri olmuşdur. Böyük mütəfəkkir, Azərbaycan xalqının tarixində, həmçinin milli teatrımızın və xeyriyyəçilik hərəkatının banisi, mətbuatımızın yaradıcısı, ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı və təşkilatçısı, Azərbaycan müəllimlərinin 1906-cı ildə keçirilmiş birinci qurultayının təşkilatçısı və sədri kimi də şöhrət qazanmışdır.
Onun adı xalqın maariflənməsi, mənəvi dirçəlişi və fikir təkamülü ilə bağlıdır. Azərbaycan xalqının ictimai-siyasi, fəlsəfi və elmi fikrini XIX əsrin II yarısı – XX əsrin əvvəllərində davam etdirilməsində, yeni ictimai mühitə, tarixi şəraitə uyğun şəkildə daha da zənginləşdirilməsində Həsən bəy Zərdabi özünəməxsus yer tutur.
İctimai fikrin inkişafı tariximizin yarım əsrə yaxın bir dövrü məhz Həsən bəyin adı ilə bağlıdır. Bu dövrdə onun möhtəşəm fəaliyyəti xalqın tarixi ilə elə qaynayıb-qarışmışdır ki, onları hətta bir-birindən qoparıb ayırmaq mümkün deyildir. XIX əsrin altımışıncı illərindən XX əsrin ilk illərinədək davam edən bir dövrdə ictimai-mədəni inkişaf tariximizdə baş verən elə bir böyük və kiçik hadisə göstərmək mümkün deyildir ki, Zərdabinin orada iştirakı olmasın.
1861-1865-ci illərdə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiyyat şöbəsində təhsil almış Həsən bəy Bakıya qayıtıdıqdan sonra Tifllisdə dövlət məmuru, Qubada məhkəmə katibi və Bakı gimnaziyasında ilk ali təhsilli müəllim kimi çalışmış, rus dilində təbiət fənnini tədris etmişdi. Həmin dövrdə o, xalqın cəhalət və gerilikdən azad olunması, maarif və mədəniyyətə qovuşması üçün milli qəzetin yaradılmasını zəruri hesab edirdi. Bu məqsədlə o, 1870-ci ildən etibarən Azərbaycan dilində qəzet nəşrinə icazə almaq üçün dəfələrlə Qafqazın rəsmi qurumlarına müraciətlər etmişdi. Onun təkliflərinə nə qədər müqavimət göstərilsə də, ruhdan düşməmiş, əzmi və iradəsi ilə bütün maneələri keçmiş və mübarizədən sonra qəzetin nəşrinə icazə ala bildi. İstanbuldan mətbəə ləvazimatı gətirdikdən sonra, nəhayət, 1875-ci il iyul ayının 22-də ilk milli Azərbaycan qəzeti olan “Əkinçi”nin birinci nömrəsini çapdan çıxardı. Bu da Həsən bəyin zəngin fəaliyyətinin ən mühüm sahəsi, tacı və çələngi oldu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “Azərbaycanda milli mətbuatın yaranmasının 125 illiyi haqqında” 27 mart 2000-ci il tarixli Fərmanında anadilli mətbuatın banilərinin xidmətləri yüksək qiymətləndirilmişdi: “Milli demokratik mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri, maariflənmə, müasirləşmə, məfkurə saflığı ümummilli məqsədlərin təbliği bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması, Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı”. Məhz bu əhəmiyyətli sənədin qəbul edilməsindən sonra hər il iyulun 22-də respublikamızda Milli Mətbuat Günü təntənəli şəkildə qeyd olunur.
Azərbaycan mədəniyyəti tarixində əbədi-bədii əsərlərin milli mətbuat səhifələrində ilk dəfə nəşri kimi bu möhtəşəm hadisə ədəbiyyatın inkişafına olduqca müsbət təsir göstərmiş, onun məzmun və formasının genişlənməsinə, kütləviləşməsinə, yayılmasına və demokratikləşməsinə böyük təkan vermiş, ölkənin sosial-mədəni həyatına bir canlanma gətirmiş demokratik ideyalar bundan sonra daha sürətlə yayılmağa başlamışdı. Ayda iki dəfə 300-400 tirajla çıxan qəzetin səhifələrində vətənin mədəni geriliyinin əsl səbəbinin köhnə feodal münasibətləri və çarizmin müstəmləkəçilik siyasəti olduğu bildirilir, xalqa milli zülümdən qurtulmaq , azadlıq əldə etmək yolları göstərilirdi. Lakin milli zülm və ədalətsizliyə qarşı mübarizə aparan “Əkinçi” qəzeti uzun müddət fəaliyyət göstərə bilməmiş, cəmi 56 nömrəsi çapdan çıxdıqdan sonar, 1877-ci il sentyabrn 29-da çar hökumətinin göstərişi ilə bağlanmışdı. Buna baxmayaraq, qəzet özündən sonrakı Azərbaycan mətbuatı – XIX əsrin sonu XX əsrin əvvəllərində çıxan “Ziya”,”Kəşkül”,”Şərqi-rus”,”Həyat” qəzetləri və ”Molla Nəsrəddin” jurnalı üçün möhkəm bünövrə olmuşdu.
Həsən bəy redaktoru olduğu qəzetdən bir tirubuna kimi istifadə edərək “Əkin və ziraət xəbərləri” şöbəsində gedən məqalələrin əsas müəllifi kimi xalqı maarifləndirməyə, təbiətşünaslığa dair fikirlərini yaymağa, yeni bitki sortları, heyvan cinsləri yaradılması yolları haqqında bilgilərini yaymağa çalışmışdır.
Həmin dövrdə Qafqaz xalqlarının, o cümlədən azərbaycalıların mədəni mərkəzi hesab edilən Tiflis şəhərində professional teatr artıq yaradılmışdı.Odur ki, burada nümayiş etdirilən tamaşalara baxmış Azərbaycan ziyalıları teatra, onun oynadığı əhəmiyyətli rola böyük önəm verirdilər. Həsən bəy də digər maarifçi ziyalılar kimi teatrın üstünlüklərini dərindən anlayırdı. Ona görədə Zərdabi 1873-cü ilin mart ayının 10-da Azərbaycan drammaturqu Nəcəf bəy Vəzirov və yazıçı-publisist Əsgər ağa Gərani ilə birlikdə məşhur maarifçi, milli drammaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin “Hekayəti-vəziri-xani-Lənkəran” və aprel ayının 17-də “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) əsərlərini tamaşaya qoymuşlar. Bununla da Azərbaycanda peşəkar milli teatr öz fəaliyyətinə başladı.
O, Azərbaycanda dövri mətbuatın və teatrın banisi hesab edilməklə yanaşı bir sıra elmləri inkişaf etdirmiş və hətta Azərbaycanda onların əsasını qoymuşdur. Bu ensiklopedist alimin maarif, fəlsəfə, biologiya,əkinçilik, bitkiçilik, baytarlıq, fiziologiya, meşəçilik, astronomiya, kimya, tibb, iqtisadiyyat, aqrokimya, torpaqşünaslıq və digər elm sahələrindəki nailiyyətləri yalnız Azərbaycanda deyil, dünya miqyasında xüsusi yerlərdən birini tutur. Həsən bəy Azərbaycanda aqrokimya, torpaqşünaslıq, əkinçilik, baytarlıq və başqa elmlərin əsasını qoymuşdur. O, hətta bir sıra yeni bitkilər – buğda, arpa, yulaf sortları da yetişdirmişdir.
Çoxsahəli yaradıcılığa, dərin biliyə, geniş dünya görüşə malik olan Zərdabinin elmi irsi uzun illərdən bəri müxtəlif elm sahələrinin nümayəndələri tərəfindən öyrənilib tətbiq edilir. Elə bunun nəticəsidir ki, Azərbaycanda zərdabişünaslıq elminin əsası qoyulmuşdur.
Sovet dövründə ilk dəfə akademik Heydər Hüsynov 1944-cü ildə
“Zərdabinin ictimai görüşləri haqqında” öz tədqiqat işini nəşr etdirmiş, “XIX əsrdə Azərbaycanda ictimai-fəlsəfi fikir tarixindən” adlı əsərində isə bir sıra şəxsiyyətlərlə yanaşı, Zərdabinin də ictimai-siyasi, fəlsəfi görüşlərindən bəhs etmişdir. Bundan sonra onun maarif sahəsindəki xidmətləri M.Qasımov, Zaman Məmmədov , Əhməd Seyidov və Ziyyədin Göyüşov, fəlsəfi görüşləri Heydər Hüseynov, Z.Məmmədov, Şeydabəy Məmmədov, İzzət Rüstəmov, jurnalistik fəaliyyəti Fuad Qasımzadə, Abbas Zamanov və S.Hüseynov, coğrafi görüşləri Budaq Budaqov, biologiya, anatomiya, fiziologiya və heyvandarlıq sahəsindəki fikirləri Z.Məmmədov və Mirəli Axundov, ictimai-iqtisadi görüşləri B.Axundov və Z.Göyüşov, torpaqşünaslıq və aqrokimyaya dair elmi axtarışları isə X.Həsənov tərəfindən öyrənilmişdir.
XIX əsrdən etibarən Azərbaycanda biologiya elmləri öz inkişafının yeni bir dövrünə qədəm qoymuşdur. Həmin dövr bu sahədə universitet təhsili almış Zərdabinin fəaliyyəti ilə başlamışdır. Onun fəaliyyətinin səciyyəvi cəhətlərindən biri bundan ibarət olmuşdur ki, o hər bir nəzəriyyəni, kəşf olunmuş hər bir qanunauyğunluğu praktika ilə əlaqələndirməyə çalışmışdır.
Onun Yerin, günəş sisteminin, ulduzların mənşəyi, quruluşu, fiziki-kimyəvi xassələri, torpaq su və hava haqqında yazdığı məqalələri “Kiyev islam tələbələri nəşriyyatı” vəfatından sonra – 1912-ci ildə kitab şəklində çap edilmişdir. Həmin kitab Azərbaycan təbiət elmlərinin inkişafında mühüm rol oynamışdır.Alim insan düşüncəsinin sabit dayanmadığını, axtarıcı qabiliyyətə malik olduğunu yazaraq qeyd edirdi ki, gec-tez insan Mars sakinləri ilə əlaqə saxlaya biləcək: “Yer ilə Mars sakinləri arasında əlaqə məsələsi yetişmişdir, yəqin ki, üzümüzə gələn əsr astronomiya sahəsində böyük kəşflərin şahidi olacaqdır”.
Bu fikirlər onun dərin zəkasını, gələcəkdə bu istiqamətdə aparılacaq tədqiqat işlərinin aktuallıq kəsb edəcəyini uzaqgörənliklə əvvəlcədən müəyyənləşdirildiyini və astronomiya elminin işıqlı sabahını aydın dərk etdiyini göstərir.
Həsən bəy Zərdabinin ictimai siyasi görüşləri də Azərbaycan xalqının ictimai-siyasi fikir tarixində mühüm və görkəmli yerlərdən birini tutur. O, öz dövrünün böyük ictimai xadimi səviyyəsinə qədər yüksələ bilməklə ictimai həyat hadisələri və ictimai inkişaf haqqında maraqlı fikir və mülahizələr söyləmişdir. Onun sosial idealı hər cür çatışmazlıqlardan azad demokratik cəmiyyət idi. Tipik maarifçi – demokrat kimi bu cəmiyyətin qurulmasında real yolu mövcud quruluşun əsaslarına toxunmadan maarifdə gördüyündən ictimai təhsil sistemində əsas yeri təbiət elmlərə verirdi. O, qeyd edirdi ki, insan nə qədər çox elm və bilik əldə edərsə, bir o qədər asanlıqla öz eqoist hisslərinin qarşısını ala bilər və ümumi xalqın mənfəəti üçün öz zərərinə dözə bilər.
Yuxarıda qeyd etdiyimiz kimi, xalqımızın maariflənməsi, onun cəhalət və mövhumatdan ayılması və mədəni inkişaf yoluna düşməsində Həsən bəy Zərdabi son dərəcədə böyük zəhmət çəkmişdir. Onun keçdiyi ibrətamiz, mübarizələrlə dolu həyat yolu, zəngin ictimai-siyasi, fəlsəfi və təbii-elmi görüşləri buna parlaq misaldır. Böyük ədibin irsinin zənginliyi, gücü və aktuallığı da məhz onun müasirliyində, bu günümüzlə ayaqlaşmasındadır. Odur ki, qəlblərə ziya və şölə qığılcımı saçan Zərdabi irsi müasir dövrümüzdə də hər birimizin qəlbində yaşamaqdadır.

“TEHSİL-PRESS.AZ”
İNFORMASİYA AGENTLİYİ
İNFORMASİYA AGENTLİYİ