Milli Mətbuat Gününə dəyərli töhfə: “Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində” kitabı çapdan çıxıb

Milli Mətbuat Gününə dəyərli töhfə: “Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində” kitabı çapdan çıxıb “Əkinçi” qəzetinin 145 illiyinə ithaf olunan “Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində” kitabı nəşr olunub. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qərarı ilə çap edilən əsərdə milli mətbuatımızın bünövrəsini qoymuş Həsən bəy Zərdabi haqqında “Ədəbiyyat qəzeti”ndə 1934-cü ildən 2016-cı ilə qədər nəşr olunmuş tədqiqatlar toplanıb.
Kitab Prezident İlham Əliyevin Azərbaycan mətbuatının 130 illiyinə həsr olunmuş yubiley mərasimindəki nitqi ilə açılır. Filologiya elmləri doktoru Paşa Kərimov kitaba “Ədəbiyyat qəzeti” Həsən bəy Zərdabi barədə” adlı ön söz yazıb. “Tərtibçidən” rubrikasında “Maraqlı faktlar” başlıqlı geniş həcmli məqalədə Azərbaycan mətbuatının tarixinə ətraflı elmi-tədqiqi nəzər salınıb.
Kitabın tərtibçisi Əlyazmalar İnstitutunun dissertantı Əzizə Ələkbərova, elmi redaktoru Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva, rəyçiləri filologiya elmləri doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovdur.
“Tərcümə və nəşriyyat poliqrafiya mərkəzi” tərəfindən nəşr olunmuş kitab Milli Mətbuat Gününə dəyərli töhfədir.

Tehsil-press.az

Oxşar xəbərlər