İsveçin koronavirus pandemiyası vaxtı iqtisadiyyatını xilas etmək üçün karantindən imtina etməsi özünü doğrultmayıb.
Ekspertlər böhranın aradan qaldırılması üzrə İsveç və Norveçin hərəkətlərinin effektliyini müqayisə ediblər. Birinci ölkə kollektiv immunitetin qurulması yolu ilə gedib və sərt məhdudiyyətlər tətbiq etməkdən imtina edib. İkincisi, əksinə, tez bir zamanda COVID-19-a qarşı karantin və kütləvi test tətbiqinə başlayıb.
“İsveçin yanaşması ölkəyə fayda gətirmədi. 2020-ci ilin birinci rübündə ölkə iqtisadiyyatı digər göstəricilərdən az zərər çəksə də, ÜDM üzrə aylıq məlumatlar və fəaliyyət indeksləri üzrə gündəlik məlumatlar iqtisadi artımın yavaş bərpasını göstərir”, - “Bloomberg” yazır. Bununla yanaşı, Norveç iqtisadiyyatı daha yüksək bərpa templərini nümayiş etdirir.
Tehsil-press.az