Erməni təxribatçı qüvvələrinin Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı aqressiyası işğal siyasətinə və erməni terroruna qarşı beynəlxalq səviyyədə mübarizəni şərtləndirir. Bu, əslində iyulun 12-dən etibarən erməni silahlı birləşmələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın davamıdır.
Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, hərbi toqquşmalar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri ilə sarsıdıcı zərbələr alan Ermənistan öz terrorçu mahiyyətinə sadiq qalaraq, dərhal aqressiyasını mülki əhaliyə yönəltdi:
"Dinc sakinlər arasında məhz erməni hərbçilərinin açdığı atəş nəticəsində dünyasını dəyişən də oldu. Ardınca isə diplomatik nümayəndəliklərimizə qarşı, həmçinin Azərbaycan diasporunun təşkil etdiyi dinc aksiyalarda pozucu, təxribatçı hücumlar həyata keçirildi. Maraqlıdır ki, bu hücumlar və təxribatçı hərəkətlər insan haqları və demokratiyanın mərkəzi sayılan dövlətlərin ərazisində - Belçika, Fransa, Almaniya, ABŞ vı digər ölkələrdə baş verir. Bununla əslində dünya bir daha Ermənistanın vandal və işğalçı simasını görür. Belə olan halda yenidən erməni terrorunun qaranlıq və qanlı tarixini xatırlamaq zərurəti yaranır. Məlumdur ki, 1970-1980-ci illərdə ASALA, Daşnaksutyun başda olmaqla erməni terror təşkilatları tərəfindən ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədilib. 24 türk diplomatı qətlə yetirilib. Uzun illərdir, Ermənistanda terror dövlət siyasəti, terrorçular milli qəhrəmandır və bu, bütövlükdə region üçün ciddi təhlükəyə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi də erməni təxribatçı qrupların gərginliyi artırmağa çalışacaqlarını, terror təşkilatlarını da bu zorakılıqlara yönəldəcəklərini istisna etmir. Bu səbəbdən rəsmi Bakı qabaqlayıcı tədbirlər görərək, təlimatlar da verib. Burada təbii ki, ən vacib məqam diplomatlarımızın və soydaşlarımızın təhlükəsizliyinin təmin olunmasıdır. Beynəlxalq konvensiyalara görə əslində sırf təhlükəsizlik məsələsi ilə bağlı məsuliyyət hadisənin baş verdiyi ölkələrin üzərinə düşür. Yəni, ermənilərin vandal və terrorçu hərəkətləri mütləq şəkildə insidentin baş verdiyi Qərb dövlətləri tərəfindən kəskin şəkildə pislənməli, soydaşlarımıza qarşı zorakılıq faktları həmin ölkələrin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılaraq, konkret tədbirlər görülməlidir. Yalnız bu halda erməni təxribatlarının qismən də olsa qarşısını almaq mümkündür. Əks halda, yəni cəzasızlıq mühiti erməni radikal qrupların daha da fəallaşması ilə çox təhlükəli presedentlərin yaranmasına səbəb ola bilər".
Tehsil-press.az