Ermənistan ordusunun Tovuz rayonu istiqamətində yaralanan əsgəri ölüb

Ermənistan ordusunun Tovuz rayonu istiqamətində yaralanan əsgəri ölüb Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən ordusunun iyulun 14-də ağır yaralanan əsgəri Artur Baqrati Muradyan iyulun 23-də Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Xəstəxanasında ölüb.
Artur Muradyan Ermənistanın şimal-şərq hissəsində yerləşən hərbi hissələrdən birinin mühafizə postunda ağır yaralanıb. Hərbi xəstəxananın həkimlərinin cəhdlərinə baxmayaraq, Artur Muradyanın həyatını xilas etmək mümkün olmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər