Son vaxtlar Ermənistanın hərbi təxribatının nəticəsi olan Tovuz hadisələri erməni vandalizmini bir daha sübut etdi. Hətta dünyanı cənginə almış koronavirus pandemiyası onları məkrli, qeyri-insani əməllərindən saxlaya bilmədi.
Bu fikri AMEA Botanika İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Xəlilova söyləyib. O deyib: “Ermənistan rəhbərliyi ölkə əhalisinin diqqətini daxildə gedən neqativ proseslərdən, iqtisadi problemlərdən, siyasi böhranın nəticələrindən yayındırmaq məqsədilə bu təxribata əl atdı. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətini özlərinə hədəf seçmələri, hərbi təxribatlar, mülki şəxsin öldürülməsi, yaşayış məskənlərinin dağıdılması mahiyyətcə ermənilərin tarixboyu törətdikləri qəddarlığın, xəyanətkarlığın təkrarı idi və dünya onların irticaçı simasının bir daha şahidi oldu. Ancaq güclü, mütəşəkkil Azərbaycan Ordusunun cəsarəti sayəsində mənfur düşmən böyük itkilərlə susduruldu. Bu hadisələr Azərbaycanın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan, şəhidlik zirvəsinə ucalmış sıravi əsgərdən generala kimi xalqımızın yeni qəhrəmanlarını üzə çıxardı. Ermənistanın hərbi, siyasi, informasiya cəbhəsindəki uğursuzluqlarını dünya ictimaiyyəti də görür. Belə ki, Ermənistan yeganə ölkə olaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə 130-dan çox dövlətin dəstəklədiyi BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin əleyhinə çıxmaqla COVID-19-la mübarizə məsələsində anlaşılmaz mövqeyi ilə dünyanın diqqətini öz çirkin siyasətinə cəlb etdi. Həmçinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevin faktları qarşısında özünü itirərək “Qarabağ Azərbaycanın ərazisidir” deməklə doğru fikir səsləndirməsi və dərhal üzr istəyərək fikrini tamamlamağa çalışması çox gülünc idi. Beynəlxalq ictimaiyyət qarşısında açıq debat formatında keçirilmiş bu görüş zamanı Azərbaycan Prezidenti Ermənistanın hökumət başçısına həm yaxşı dərs vermiş oldu, həm də ona tarixi xatırlatdı. Dövlətimizin başçısı tariximizdən danışdıqda, onun saxtalaşdırılmasının yolverilməzliyini bir daha faktlarla sübut edərək, Dağlıq Qarabağ Muxtar Vilayətinin 1921-1991-ci illər ərzində Azərbaycanın tərkibində status əldə etdiyini və Qafqaz bürosunun qərarında məhz “Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın” yazıldığını nəzərə çatdırıb. Bu gün mübariz xalqımız düşməndən qisasını almaq üçün hər an Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə hazırdır. Bu həyəcanlı günlərdə xarici ölkələrdə yaşayan həmvətənlərimiz də birlik nümayiş etdirərək xalqımıza, ordumuza dəstək məqsədilə aksiya və yürüşlər keçirdilər. Vətənimizin haqq səsini, Tovuz hadisələrini, Ermənistanın təxribat və işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırdılar. Ancaq ermənilər bu dəfə də mənfur niyyətlərindən əl çəkməyərək soydaşlarımıza qarşı təzyiq və vandalizm siyasəti həyata keçirdilər. Bütün bunlar xalqımızın qətiyyətini zərrə qədər də sarsıda bilmədi. Çünki bizim qəhrəmanlar böyüdən, özündə güc taparaq “Vətən sağ olsun” kəlmələri ilə şəhid övladlarını son mənzilə yola salan valideynlərimiz, atasının cənazəsi önündə kiçik bacısının göz yaşlarını silən, bir gecədə yetkinləşən uşaqlarımız, ölümdən qorxmayan, şəhidlik zirvəsinə ucalmaq istəyən gənclərimiz var. Nəsillər dəyişəcək, ancaq şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq”.
“Bu gün Azərbaycan daha qüdrətli və nüfuzlu dövlətə çevrilir. Xalqımız Prezident İlham Əliyevin ölkəmizin inkişafında və dünya miqyasında daha da tanınmasında uğurlu daxili və xarici siyasətini dəstəkləyir. Əminik ki, Azərbaycan Ordusu tezliklə torpaqlarımızı düşməndən azad edəcək və doğma Vətənimizin şərəfli tarixinə yeni, daha parlaq səhifələr yazılacaq!”, - Xuraman Xəlilova bildirib.
Tehsil-press.az