Ölkə Prezidenti İlham Əliyev Şimal-Qərb bölgəsinə səfəri zamanı Ermənistanın məkrli siyasətinin arxasında dayanan məqamlara diqqət çəkib, mühüm mesajlar verib. Dövlət başçısı ianə ilə yaşayan Ermənistanın işğalçılıq siyasəti, bütün regional layihələrdən təcrid edilməsi, Tovuz rayonu istiqamətində təxribatlarının nəticələri, ciddi səhvlərə yol verən Paşinyan hakimiyyətinin Soros fondunun nəzarətində olması ilə bağlı konkret rəqəmlər, faktlar göstərib.
Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.
Millət vəkili Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yaranmış gərginlik erməni təxribatının nəticəsi idi. Ölkəsindəki kritik vəziyyətdən çıxmaq, ondan narazı olan əhalinin fikrini yayındırmaq üçün işğalçı Ermənistan hakimiyyəti bu təxribata əl atdı. Digər tərəfdən,Ermənistan dövlət sərhədində gərginlik ocağı yaratmaq yolu ilə beynəlxalq birliyin diqqətini Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə vəziyyətdən yayındırmağa çalışdı, eyni zamanda məqsədlərdən biri də ixrac neft-qaz kəmərləri, Şərq-Qərb nəqliyyat dəhlizi kimi beynəlxalq əhəmiyyətli strateji layihələrə təhlükə yaratmaq idi.
Məlumdur ki, Ermənistan bütün regional layihələrdən təcrid olunub. Azərbaycanın dövlət sərhədini pozan, burada münaqişə yaradan avantürist Ermənistan hakimiyyəti bu münaqişədə Azərbaycanı günahlandırır, daha sonra üzv olduğu Kollektiv Təhlükəsizlik Müqavilə Təşklatına müraciət edir, hərbi yardım istəyir. Bu dəfə Ermənistan KTMT-nin üzv dövlətlərdən dəstək ala bilmədi. Ermənistanın gözlədiyi dəstəyi almaması bu ölkədə narazılığa səbəb oldu. Artıq erməni mediasında KTMT-ya qarşı açıq ittihamlar səslənir, Ermənistanın bu qurumdan çıxmasına dair çağrışlar edilir. Bu məsələdə Azərbaycana qarşı münasibət tam başqa oldu. KTMT-nin altı üzvündən dördü beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanı dəstəkləndi.
Ölkə Başçısı çıxışında xatırlatdı ki, Azərbaycanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, İslam Əməkdaşlıq Təşkilatına, Qoşulmama Hərəkatına üzv ölkələr də müdafiə etdi.
Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar siyasətinin regional sülh və təhlükəsizliyə birbaşa təhdid olduğunu aydın görür, bu ölkənin Azərbaycanın ərazilərinə əsassız iddialar sürərək beynəlxalq hüququ ciddi şəkildə pozduğunun şahidi olurlar. Atəşkəsin pozulmasının səbəbi olan Ermənistanın işğal faktına və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoymalıdır.
Tehsil-press.az