ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat söz verdi

ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat söz verdi ABŞ Dövlət Departamenti İŞİD-in üç liderinin tutulmasına kömək edəcək məlumatlara görə 5 milyon dollara qədər mükafat təyin edib.
Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət Departamentinin Rewards for Justice (Ədalətə kömək üçün mükafat) proqramı, "İslam Dövləti"nin üç əsas liderinin: Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maul, Sami Casem Muhammad əl-Caburi və Muataz Nauman Abd Naef Casem əl-Caburinin tapılmasına kömək edə biləcək məlumatlar üçün 5 milyon dollara qədər mükafat nəzərdə tutur",-deyə məlumatda bildirilir.
Rewards for Justice proqramı 1984-cü ildən reallaşdırılır. Hazırda ABŞ Dövlət Departamenti 25 milyon dollarlıq ən böyük məbləği İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həbsinə və ya məhv edilməsinə kömək edəcək məlumat üçün ayırıb.
Vaşinqton, Pakistanda gizləndiyi ehtimal olunan Əl-Qaidə təşkilatının hazırkı lideri Ayman əl-Zavahirinin harada olduğu barədə məlumat verənlərə də eyni miqdarda mükafat söz verib.

Tehsil-press.az

Oxşar xəbərlər