İnsan kapitalının əhəmiyyətinin artdığı və rəqabətin yüksək olduğu müasir dövrdə fərdlər, cəmiyyət və iqtisadiyyatın inkişafı üçün informal və qeyri-formal üsullarla əldə edilmiş bacarıqların və səriştələrin tanınması böyük əhəmiyyət kəsb edir.
Bunu təhsil naziri Ceyhun Bayramov "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, ölkədə bacarıqların bu yolla tanınması və bundan sonra əmək bazarına daxil olmaq istəyən şəxslərin peşə ixtisasını təsdiq edən sənədin icbariliyi peşə təhsilinə marağın əhəmiyyətli dərəcədə artmasına və məşğulluğa bilavasitə təsir göstərəcək.
Nazir bildirib ki, peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə, işsizliyin aradan qaldırılmasına töhfə verir.
Tehsil-press.az