Belarusda daha 2 min nəfər saxlanıldı

Belarusda daha 2 min nəfər saxlanıldı Belarusda seçkisonrası etirazlarda ötən sutka ərzində 2 000-dən çox insan saxlanılıb.
Etirazçıların hərəkətlərindən 21 milis və Daxili Qoşunların hərbi qulluqçusu zərər çəkib, onlardan beşi xəstəxanaya yerləşdirilib.
Ölkədəki iğtişaşlar zamanı 200-dən çox insan zərər çəkib. Onlar stasionara yerləşdirilib, hamısına lazımi kömək göstərilib. Qurum bir nəfərin təcili tibbi yardım həkimlərinin ona baxış keçirməsinə qədər həyatını itirdiyini də açıqlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər