Prezident Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətində Azərbaycanın dövlət və milli təhkükəsizlik maraqlarına necə prinsipial və güzəştsiz söykəndiyini bir daha göstərdi. Bir daha gördük ki, Prezident İlham Əliyev Azərbaycanın maraqları naminə heç bir zəruri addımı atmaq fürsətini buraxmır və istənilən dövlət başçısı ilə müzakirələrdə Azərbaycan üçün ümdə sayılan məsələləri qaldırmaqdan qətiyyən çəkinmir.
Tovuzdakı təxribatlar vaxtı Rusiyanın Ermənistanı davamlı şəkildə silahlandırması Azərbaycan dövlətinin həmişə göstərdiyi dostluq və strateji qonşuluq münasibətlərinin ruhuna qəti uyğun deyil:
"Prezident İlham Əliyev Rusiyanın Ermənistanı silahlandırmasını sübut edən dəqiq faktlar ətrafında müzakirə açmaqla tək-tək dövlət xadimlərinə məxsus cəsarət nümunəsi göstərdi. İlham Əliyevin açdığı açıq və cəsarətli müzakirə bütün dünyaya bir daha nümayiş etdirir ki, Rusiyanın Ermənistana silah satması təcavüzkarın dəstəklənməsi və münaqişənin həlli yolunda çox ciddi maneə olan status-kvonun olduğu kimi saxlanması cəhdidir. Azərbaycan Prezidentinin 400 tondan artıq silah-sursatın Rusiyadan Ermənistana daşınması faktını ortaya gətirməsi qəti şəkildə sübut edir ki, Rusiya Minsk Qrupunun üzvü və həmsədr ölkələrdən biri olaraq tərəfsiz vasitəçilik prinsipləri ilə bir araya sığmayan davranışlara yol verir, bununla da təcavüzkarı daha pozucu mövqelər tutmağa həvəsləndirir. Rusiyanın Ermənistanı silahlandırması üç həmsədr ölkənin dövlət başçılarının hələ 2009 və 2010-cu illərdə Akvildə və Muskokda imzaladıqları birgə bəyanatların konsepsiyasına tamamilə ziddir. Düşünmək olardı ki, 90-cı illərin ortalarında Rusiya dövlət dumasının o zamankı simalarından biri olan general Roxlinin Rusiyanın Ermənistanı silahlandırması barədə açdığı ifşa faktları bu sayaq əməkdaşlıqlara son qoyacaq. Lakin Azərbaycan Prezidentinin Rusiyalı həmkarı ilə müzakirə etdiyi dəqiq faktlar sübut edir ki, Ermənistanın silahlandırılması davamlı proses şəklini alıb".
Ekspert qeyd edib ki, Azərbaycanın Rusiya ilə dəha sıx və perspektivli əməkdaşlıq yolları üzərində intensiv işlədiyi bir vaxtda Ermənistan kimi təcavüzkar ölkənin silahlandırılması təəssüfedici faktdır: "Prezident İlham Əliyevin açdığı faktlar Rusiyanın daha sülhsevər və daha mütərəqqi siyasət aparmasına çox təsirli çağırış rolu oynaya bilər. Dövlət başçısı mövqeyini qəti olaraq ortaya qoydu ki, Minsk Qrupu formatı tam mənasız və səmərəsiz quruma çevrildiyi üçün onun tərkibcə yenilənməsi qaçılmazdır. Eyni zamanda, Azərbaycan Prezidenti həmsədrlik institutunun tərkibində qsçılmaz dəyişikliklər edilməsi məsələsini də aktual gündəmə gətirən addımlar atdı. Rusiyanın təcavüzkar Ermənistanı silahlandırması qardaş Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsini bir daha aktuallaşdırır. Hazırda Minsk Qrupu formatında münaqişənin ədalətli həlli üçün zəruri olan güclər balansı pozulub və balansın bərpası üçün Türkiyənin həmsədr ölkələrdən biri olması ən optimal çıxış yoluna çevrilib".
Tehsil-press.az