ÇXR-in Əqli Mülkiyyət İşləri üzrə Dövlət İdarəsi COVID-19 vaksininə ilk patent verib.
Patent COVID-19-a qarşı rekombinant vaksini hazırlayan Çin Xalq Azadlıq Ordusunun Hərbi Səhiyyə Elmləri Akademiyası və “CanSino Biologics” şirkətinə verilib.
Dərc edilmiş məlumata görə, siçanların və dəniz donuzlarının üzərində aparılan testlər göstərib ki, vaksin yaxşı immunogenliyə malikdir, qısa müddət ərzində orqanizmin intensiv hüceyrə və humoral immun reaksiyasına səbəb ola bilər.
Bundan əlavə, vaksin asanlıqla və tez bir zamanda hazırlanır ki, bu da onu qısa müddətdə kütləvi istehsalını təmin edəcək.
Mövcud məlumatlara görə, Çində artıq altı vaksin klinik sınağa buraxılıb. Çin mütəxəssisləri epidemiyanın başlanğıcından bəri COVID-19-dan müxtəlif növ vaksinlərin tədqiqi və hazırlanması ilə məşğul olurlar, lakin insanlar üzərində sınaq üçün yalnız rekombinant və inaktiv vaksinlərin istifadəsinə icazə verilir.
Tehsil-press.az