BDU-da “Yeni koronovirus COVID-19: epidemiologiyası, virusologiyası, diaqnostikası, klinik xüsusiyyətləri və qarşısının alınması” mövzusunda ustad dərsi keçirilib

BDU-da “Yeni koronovirus COVID-19: epidemiologiyası, virusologiyası, diaqnostikası, klinik xüsusiyyətləri və qarşısının alınması” mövzusunda ustad dərsi keçirilib Mayın 21-də Bakı Dövlət Universitetində (BDU) Türkiyə Respublikasının Akdeniz Universitetinin professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biomühəndislik laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov BDU-nun tələbələri üçün “Yeni koronovirus COVID-19: epidemiologiyası, virusologiyası, diaqnostikası, klinik xüsusiyyətləri və qarşısının alınması” mövzusunda onlayn ustad dərsini keçib.
Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev dünyanı təəccübləndirməkdə davam edən yeni tipli koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün Universitetdə görülən qabaqlayıcı və effektiv tədbirlərlə bağlı ətraflı məlumat verib. Azərbaycanda yeni növ koronavirusla mübarizənin inkişaf etmiş dövlətlərlə müqayisədə daha yaxşı təşkil olunduğunu vurğulayan rektor dövlət başçısı cənab İlham Əliyevin nəzarəti altında həyata keçirilən çevik tədbirlər nəticəsində virusun ölkəmizdə geniş yayılmadığına və bundan sonra da yayılmasının ehtimal olunmadığına diqqət çəkib.
“Yeni koronovirus COVID-19: epidemiologiyası, virusologiyası, diaqnostikası, klinik xüsusiyyətləri və qarşısının alınması” mövzusunda ustad dərsi verən AMEA-nın müxbir üzvü Tərlan Məmmədov COVİD-19 pandemiyasının diaqnostika və müalicə üsulları, virusun genomu, quruluşu, mənşəyi, xəstəlik əlamətləri, eyni zamanda vaksinlərin hazırlanması, xəstəliyin qarşısının alınması və ondan qorunma vasitələri, yeni epidemiya təhlükələrinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə aydınlıq gətirib.
Microsoft Teams platforması üzərindən təşkil olunmuş dərs iştirakçıların böyük marağına səbəb olub.
Ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər