Azərbaycanlıların yığcam yaşadıqları Marneulidə 8 yeni məktəb tikiləcək

Azərbaycanlıların yığcam yaşadıqları Marneulidə 8 yeni məktəb tikiləcək Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda yeni məktəblərin tikintisi və köhnələrinin təmir-bərpası davam edir.
Gürcüstanın Bələdiyyələrin İnkişaf Fondu hazırda Marneulinin Şulaveri kəndində müasir standartlara cavab verəcək yeni məktəbin tikintisini həyata keçirir.
Marneuli rayon bələdiyyəsinin və fondun nümayəndələri Şulaveri kəndinə gələrək tikinti işləri ilə maraqlanıblar. Eyni zamanda kənd ictimaiyyəti ilə görüş olub. Görüşdə bildirilib ki, fondun maliyyə dəstəyi ilə ölkə daxilində 59 yeni məktəb inşa edilir, 80-dən çox məktəbdə əsaslı təmir-bərpa işləri görülür.
Fondun maliyyəsi ilə Marneulidə ümumilikdə 8 yeni ictimai məktəbin inşası, 3 məktəbin isə tam əsaslı bərpası planlaşdırılır.
Yeni məktəblərdə müasir standartların tələbləri nəzərə alınacaq.

Tehsil-press.az

Oxşar xəbərlər