Dissertasiya işlərinin müdafiəyə hazırlığı məsələsi müzakirə olunub

Dissertasiya işlərinin müdafiəyə hazırlığı məsələsi müzakirə olunub AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında dissertasiya işlərinin müdafiəyə hazırlığı məsələsi müzakirə olunub.
Mövzu ilə bağlı Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev çıxış edib. O qeyd edib ki, texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün hazırlanmış dissertasiya işlərinin 5-i sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə təqdim olunub. Cari ilin birinci yarısında “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarəolunması üçün model və metodların işlənilməsi” adlı dissertasiya işinin ilkin müzakirəsi uğurla həyata keçirilib.
R.Şıxəliyev “Sosial şəbəkələr və mətnlərin intellektual analizi texnologiyalarının köməyi ilə e-dövlətin tədqiqi” və “İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf perspektivləri” adlı dissertasiya işləri haqqında məlumat verib. O qeyd edib ki, il ərzində “Elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsi”, eləcə də “Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər