Müasir dövrdə informasiyalar insanların həyat şəraitinə, eləcə də, iqtisadi, siyasi, mədəni, elmi inkişaf perspektivlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda elmi seminarın növbəti iclasında məlumat verilib.
İclasda “Fərdlərin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metodların işlənməsi” dissertasiya işi müzakirə olunub. Tədqiqat zamanı informasiya mədəniyyətinin qiymətləndirilməsi ilə bağlı problemlər araşdırılıb, bu sahədə struktur model hazırlanıb.
AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev tədqiqatın əhəmiyyətini diqqətə çatdırıb, dissertasiya işində əldə edilən nəticələrin elmi yenilik olduğunu vurğulayıb. Müasir dövrdə informasiya mədəniyyətinə dair müxtəlif baxışların mövcudluğunu bildirən alim dissertasiya işində təqdim edilən yanaşmanın texnoloji xarakterli olduğunu söyləyib.

AMEA-nın Mətbuat xidməti