AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun ikinci kurs magistrantlarının dissertasiya işlərinin onlayn müdafiəsi keçirilib.
Tədbiri elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov açaraq Müdafiə Şurasının üzvlərinə və magistrantlara nailiyyətlər arzulayıb.
Sonra magistrant Leyla İbrahimova “Yoğun bağırsağın adenomatoz polip mənşəli şişlərində DNT reparasiya genlərinin tədqiqi”, Xədicə Bayramova “Model orqanizmlərdə ortoloji genlərin kodon tərkibinin müqayisəli analizi”, Fərid Məmmədli “Hepatosellular karsinoma xəstəliyinin molekulyar genetik identifikasiyası” və Nahid Nəzərov “Nar genomunun gen tərkibinin digər ali bitkilərlə müqayisəli tədqiqi” mövzularında yerinə yetirdikləri dissertasiya işlərinin mühüm məqamlarını diqqətə çatdırıblar. Üç saat davam edən prosesdə hər bir magistrant yerinə yetirdiyi tədqiqat işini uğurla müdafiə edib.
Qeyd edək ki, Müdafiə Şurasının üzvləri ilə yanaşı, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də müdafiədə iştirak edib. Aparılan müzakirədə hər bir magistrantın işi müsbət qiymətləndirilərək magistr dərəcəsi almaları məqsədəuyğun hesab edilib. Sonda Müdafiə Şurasının üzvləri gizli səsvermə yolu ilə magistrların işlərini qiymətləndiriblər.
Tehsil-press.az