Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İtaliyanın neft-qaz şirkəti “TechnipFMC”nin MDB ölkələrinin kommersiya üzrə vitse-prezidenti Luiji Fiorentino ilə görüşüb.
Görüşdə şirkətin təşəbbüsü ilə Azərbaycanda planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.
Tədbirdə 2019-cu ildə Heydər Əliyev Fondu və “TechnipFMC” tərəfindən həyata keçirilən “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı“ layihəsinin qalibləri olan, hazırda “TechnipFMC” şirkətində kiçik proses mühəndisi vəzifəsində çalışan BANM məzunları, eləcə də şirkətin ofis meneceri və layihələr üzrə məsul şəxsi Səbinə Abbasova iştirak ediblər.
Rektor Elmar Qasımov ölkəmizdə İtaliya şirkətləri ilə mühəndislik, neft-kimya, tikinti və texnologiyalar sahəsində müəssisələrin tikilməsi və yenidənqurulması istiqamətində birgə işlər həyata keçirildiyini, təhsil sahəsində də yüksəkixtisaslı mütəxəssislər hazırlanmasını təmin etmək üçün birgə maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlər reallaşdırıldığını qeyd edib. Bu əməkdaşlıq çərçivəsində İtaliyanın digər şirkətləri kimi “TechnipFMC” ilə də Bakı Ali Neft Məktəbi arasında uğurlu əlaqələrin mövcudluğunu vurğulayan E.Qasımov ali məktəbin tələbə və məzunlarının şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirakını və işlə təminatını bunun əyani sübutu kimi xarakterizə edib.
Şirkətin vitse-prezidenti Luiji Fiorentino bildirib ki, “TechnipFMC” Azərbaycanda ənənəvi neft-qaz sahəsində olan layihələri ilə yanaşı, dayanıqlı sənayeni, yaşıl texnologiyaları təşviq edir və ən güclü texnologiya provayderlərindən biridir. Hazırda Mingəçevirdə ilk bioplastik (PLA) zavodda şəkərin bioplastikə çevrilməsi prosesinə dəstək üçün nəzərdə tutulan layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır. Bundan başqa, İsmayıllıda “biokütlədən bioneftə” - yəni kənd təsərrüfatı tullantılarının bioenerjiyə çevrilməsi üzrə kiçik müəssisənin yaradılması istiqamətində də danışıqlar aparılır.
“TechnipFMC” şirkətinin məqsədi təcrübəli ekspertlər vasitəsilə Azərbaycanda innovativ texnologiyaları inkişaf etdirmək və laboratoriya mərhələsindən sənayedə tətbiqinə nail olmaqdır. Bu layihədə ölkənin universitetləri və sənaye qurumlarında çalışan mütəxəssislərin dəstəyi nəzərdə tutulur. Eyni zamanda, texnoloji biliklərin ötürülməsi məqsədilə reallaşdırılacaq layihələrə BANM-in magistratura pilləsində oxuyan tələbələr cəlb olunacaqlar” – deyə L.Fiorentino vurğulayıb.
Şirkət nümayəndəsi yaşıl və alternativ texnologiyalar mövzusunda potensial əməkdaşlıqların yaradılması üçün marağı olan müxtəlif qurum və şirkətlərin birgə görüşlərini təşkil etmək və regionda maarifləndirməni genişləndirmək məqsədilə Dayanıqlı Enerjiyə Keçid üzrə Şuranın yaradılması, texniki müzakirə və dəyirmi masaların təşkilinin planlaşdırıldığını söyləyib.
Sonda İsmayıllıda tikilməsi nəzərdə tutulan biokütlənin bioneft enerjiyə çevrilməsi üzrə kiçik müəssisənin yaradılması ilə bağlı layihənin təqdimatının aidiyyəti qurumların iştirakı ilə BANM-də keçirilməsi qərara alınıb.
Tehsil-press.az