5-ci sinifdən yuxarı şagirdlər üçün də qaydalar açıqlandı

5-ci sinifdən yuxarı şagirdlər üçün də qaydalar açıqlandı “Sentyabrın 15-dən 5-11-ci siniflərdə tədrisin onlayn qaydada keçirilməsi təklif olunur. Bu tarixdən həm əyani, həm də virtual məktəb layihələri, teledərslər paralel olaraq davam edəcək. Ən azı növbəti ilin mart ayına qədər teledərslərin və virtual məktəb layihələrinin davam etdirilməsi nəzərdə tutulur”.
Bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, 1 oktyabr tarixindən 5-9-cu siniflərin mərhələlərlə təhsilə əyani şəkildə başlaması planlaşdırılır:
“Verilmiş situasiadan asılı olaraq onlar həftədə 2 və ya 3 dəfə məktəbə gələ bilərlər. Ölkə üzrə 737 min şagirddən söhbət gedir. Bakı şəhəri üzrə bu rəqəm 286 min nəfərdir. Əgər epidemioloji vəziyyət imkan verərsə, biz oktyabr ayının 1-dən 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış və ya hissə-hissə, qarışıq proqramlarla məktəbə qaytarmağı planlaşdırırıq”.
Nazir, həmçinin əlavə edib ki, əgər epidemioloji vəziyyət stabil olarsa, 15 oktyabr tarixindən 10-11-ci siniflərdə təhsil alan təxminən 182 min nəfər təhsil alanın məktəblərə qayıtması planlaşdırılır: “Bundan əlavə, 150 min müəllim və ümumilikdə 200 mindən bir qədər artıq, müəllim, texniki heyət və ümumtəhsil müəssisələrində işləyən insanların da məktəblərə gəlib-getməsi təmin edilməlidir”.

Tehsil-press.az

Oxşar xəbərlər