Ərdoğan və Merkel Suriyanı müzakirə ediblər

Ərdoğan və Merkel Suriyanı müzakirə ediblər Bazar ertəsi günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel aralarında telefon danışığı olub.
Tərəflər danışıqlar zamanı ikitərəfli əlaqələr və regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Həmçinin ABŞ, Böyük Britaniya və Fransanın Suriyada kimyəvi silahın işlədilməsindən sonra əməliyyatları müzakirə olunub.
Liderlər Suriyanın ərazi bütövlüyünün qorunmasının, həmçinin ölkədə siyasi nizamlanma prosesinin irəliləyişini təmin etmək üçün konkret addımların atılmasının vacibliyini vurğulayıblar.
Xatırladaq ki, aprelin 14-də Böyük Britaniya, ABŞ və Fransa Suriyaya 100-dən artıq raket zərbəsi endirib. Raketlərin əksəriyyəti Suriya tərəfindən dəf edilib.

Tehsil-press.az

Oxşar xəbərlər