Minskdə növbəti etiraz aksiyası, saxlanılan var

Minskdə növbəti etiraz aksiyası, saxlanılan var Cümə axşamı günü Belarusun paytaxtı Minskin Müstəqillik meydanında müxalifətin növbəti etiraz aksiyası keçirilib.
Toplaşanlar arasında əsasən qızlar və qadınlar olub. Milis əməkdaşları tədbirin icazəsiz keçirildiyini bildirərək toplaşanları dağılışmağa çağırsa da, aksiyanın qarşısını almayıb.
Saat 21:00 radələrində etirazçılar Müstəqillik meydanından Respublika sarayı istiqamətində gedib. Engels küçəsində nömrəsiz gümüşü mikroavtobusdan düşən mülki geyimli şəxslər bir gənci nəqliyyat vasitəsinə əyləşdirərək aparıblar. Mikroavtobus Lenin küçəsinə dönüb.
Toplaşanlar mikroavtobusu təqib etməyə cəhd edib, sonra yürüş yenidən Qələbə meydanına doğru davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər