Minskdə etirazlarda ölənlərin xatirəsinə 1 dəqiqəlik sükut

Minskdə etirazlarda ölənlərin xatirəsinə 1 dəqiqəlik sükut Belarusda avqustun 9-da - prezident seçkiləri günündə başlayan etiraz aksiyaları davam edir.
Paytaxt Minskin Müstəqillik meydanına toplaşanlar etiraz aksiyaları zamanı həlak olanların xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan ediblər.
Bir dəqiqəlik sükutdan sonra mitinqçilər hökumət əleyhinə şüarlar səsləndirməyə davam ediblər.
Güc strukturları toplaşanlara mane olmur.
***
Hansısa məqamda müxalifətçilər dövlət başçısının iqamətgahına yaxınlaşsa da, güc strukturları əməkdaşları və xüsusi texnikalar vasitəsilə onların qarşısı alınıb. Bundan sonra etirazçılar daha əvvəl toplaşdıqları əraziyə - "Minsk - qəhrəman şəhər" abidəsi tərəfə yollanıb.

Tehsil-press.az

Oxşar xəbərlər