Qroznıda minlərlə insan əl-Bağdadinin portretlərini yandırdı

Qroznıda minlərlə insan əl-Bağdadinin portretlərini yandırdı Çeçenistanın paytaxtı Qroznının mərkəzi meydanında terror qruplaşması İŞİD əleyhinə çoxminli etiraz aksiyası keçirilib.

Tehil-press.az bildirir ki, bu barədə TASS şəhər meriyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Çoxminli mitinq uşaqları terror qruplaşmasına cəlb olunan valideynlərin təşəbbüsü ilə "Çeçenistanın Ürəyi" məscidinin qarşısındakı meydanda keçirilib.
Çeçenistan Respublikası ictimaiyyətinin nümayəndələri öz çıxışlarında terror təşkilatının və onun başçısı Əbu Bəkir əl-Bağdadinin hərəkətlərlərindən hiddətləndiklərini bildiriblər. Toplaşanlar respublika gənclərini ekstremistlərin təbliğatına uymamağa və daha çox öz doğma və yaxınlarına qulaq asmağa çağırıblar", - deyə mətbuat xidmətindən bildiriblər.
Aksiya bir neçə saat davam edib və zülmkarların rəmzlərinin və əl-Bağdadinin portretlərinin yandırılması ilə başa çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər