Kosmosda uzun müddət qalmağın baş-beyinə təsiri araşdırılıb

Kosmosda uzun müddət qalmağın baş-beyinə təsiri araşdırılıb Alimlər kosmosda uzun müddət qalmağın baş-beyinin quruluşuna təsirini araşdırıblar. Müvafiq tədqiqatın nəticələri “Science Advances” nəşrində dərc edilib.
Avstraliya, Belçika, Almaniya və Rusiya alimləri Beynəlxalq Kosmik Stansiyada orta hesabla 171 gün olmuş 11 nəfər rusiyalı kosmonavtın beyin quruluşunu tədqiq ediblər. Alimlər onların hər biri üçün üç dəfə (bir dəfə uçuşdan əvvəl, iki dəfə uçuşdan sonra) diffuziya MRT-si həyata keçiriblər.
Tədqiqatçıların fikrincə, neyrovizualizasiya metodlarından istifadə edilməsi kosmik uçuşdan sonra beyində struktur və funksional dəyişikliyi ilk dəfə müəyyənləşdirməyə imkan yaradıb. Məlum olub ki, uzun müddət çəkisizlik şəraitində qalmaq nəticəsində ağ və boz maddənin paylanması dəyişir, habelə baş-beyinin mədəcikləri genişlənir və onlarda onurğa beyin mayesi çoxalır. Beləliklə, sinir sistemi çəkisizliyə uyğunlaşır və beyinin hərəkətə nəzarət edən nahiyələrinə daha çox yük düşür.
Yerə qayıdan kosmonavtda bu vəziyyət yeddi aydan sonra bərpa olunur.

Tehsil-press.az

Oxşar xəbərlər