NASA-nın mütəxəssisləri Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsində yetişdirilən kələm nümunəsini tədqiq ediblər. Bitkidə təhlükəli mikrob aşkarlamayan mütəxəssislər müəyyənləşdiriblər ki, onun yarpaqları bostanda bitən kələmdə olduğu kimi eynən qidalıdır. Təcrübə onu göstərir ki, radiasiya və çəkisizlik kosmosda kələm yetişdirməyə mane olmur. Bu barədə bioloqlar “Frontiers in Plant Science” jurnalında yazıblar.
NASA-nın Kennedi adına Kosmik Mərkəzində “Veggie” layihəsinin rəhbəri Djola Massa Beynəlxalq Kosmik Stansiyanın hazırda uzunmüddətli ekspedisiyalar üçün poliqon olduğunu deyib. O qeyd edib ki, gələcəkdə digər tərəvəz növlərinin yetişdirilməsi, habelə astronomların diyetini bibər və pomidorla zənginləşdirməyin mümkün olub-olmaması öyrəniləcək.
Tədqiqat zamanı məlum olub ki, “kosmik” kələm nəinki Yerdə bitən kələmdən geri qalmır, hətta bəzi cəhətlərinə görə onu üstələyir. Məsələn, “kosmik” kələmin yarpağında kalium, natrium, fosfor, sink və kükürdün, habelə fenollar sırasından antioksidantların miqdarı bir qədər çoxdur. Hər iki şəraitdə yetişdirilən kələmin yarpaqlarında və köklərində mikrofloranın tərkibi eynidir. Bioloqlar isə çəkisizlik və yüksək radiasiya şəraitində göbələk və bakteriyaların növ müxtəlifliyinin çox dəyişəcəyini gözləyirdilər. Onlar qeyd edirlər ki, “kosmik” kələmdə kosmosda uzunmüddətli ekspedisiya iştirakçılarının həyatına təhlükə ola biləcək salmonella, təhlükəli bağırsaq çöpü ştamları və qızılı stafilokok kimi bakteriyalar aşkarlamayıblar. Deməli, ondan gələcəkdə Aya və Marsa uçuşlar zamanı qida rasionunun komponentlərindən biri kimi istifadə edilə bilər.
Beynəlxalq Kosmik Stansiyada kələmin ilk cücərtiləri 2014-cü ildə əldə olunub və astronavtlar onu Yerə göndəriblər. Bir ildən sonra Skott Kelli və Çell Lindqren ilk dəfə kosmosda yetişdirilmiş kahını dadıblar. Bundan sonra astronavtlar Beynəlxalq Kosmik Stansiyada nəinki kələm, hətta astra və zinnia çiçəyi əkməyə başlayıblar. Onların bir hissəsi üç il əvvəl göbələk infeksiyasından məhv olub. Müvafiq təcrübələr hələ 2010-cu ilin əvvəlində Beynəlxalq Kosmik Stansiyaya göndərilmiş “Veggie” eksperimental qurğusunun və xüsusi oranjereyanın yaradılması sayəsində aparılıb. Bu, göy, yaşıl və qırmızı rəngli işıq diodlu lampa, habelə kamera, ötürücü dəsti və digər sistemlərdən ibarətdir. Onlar bitkilərin çəkisizlik şəraitində, təbii işıqlandırmanın olmadığı yerdə böyüməsini stimullaşdırır.
Tehsil-press.az