Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.
Universitetin rektoru, professor Mustafa Babanlı koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimində onlayn tədrisin vəziyyəti, semestr imtahanlarının keçirilmə qaydası, buraxılış işləri, tələbələrin biliklərinin qiymətləndirilməsi və bu istiqamətdə gündəmdə olan vacib məsələlərdən danışıb. Bildirib ki, universitet artıq onlayn imtahanlara hazırlaşır. Onlayn imtahanlar şifahi keçiriləcək. Anket sorğuları və statistik göstəricilərə görə onlayn tədrisin nəticələri ürəkaçandır. Universitetdə onlayn dərs sisteminin tətbiqinə başlanandan bu günə qədər 565 fənn tədris olunub və tələbələrin əksəriyyəti dərslərdə iştirak edib.
Rektor bildirib ki, dövlət imtahanı verəcək tələbələrin orta müvəffəqiyyət göstəriciləri onlar üçün yekun attestasiya kimi qeyd olunacaq. Tələbə bununla razılaşmasa, onun üçün imtahan təşkil ediləcək. Magistratura təhsil pilləsində isə dissertasiya işlərinin müdafiəsi keçiriləcək və bunun üçün ənənəvi olaraq müvəqqəti elmi şuralar yaradılacaq. İstehsalat təcrübəsindən yekun hesabat verilməsinə ehtiyac yoxdur və nəticələr tələbənin istehsalat təcrübəsinin hansı müəssisədə keçməsindən asılı olaraq mütəxəssisin rəyinə uyğun qiymətləndiriləcək. Buraxılış işləri antiplagiatla yoxlanılacaq. Plagiatın olmadığı təsdiq edilən buraxılış işi elektron variantda qəbul olunacaq. İlk dəfə olaraq elektron variantda buraxılış işi müdafiə edilmədən qəbul olunmuş sayılacaq və tələbəyə yenə ümumi orta müvəffəqiyyət göstəricisi təklif olunacaq. Orta müvəffəqiyyət göstəricisi ilə razılaşmayan tələbəyə uyğun vaxtda müdafiə təşkil ediləcək.
İclasda gündəlikdə duran müxtəlif məsələlərə, görüləcək işlərə dair fikir mübadiləsi aparılıb, qərarlar qəbul olunub.
Tehsil-press.az