2020/2021-ci tədris ilində Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsinə qəbul olunanlardan tələb edilən sənədlərin siyahısı açıqlanıb.
Sənədlərin siyahısına şəxsiyyət vəsiqəsinin surəti (2 ədəd), tərcümeyi-hal, sağlamlıq haqqında arayış, yaşayış yerindən arayış, rəngli fotoşəkil (3×4) 6 ədəd, iş nömrəsi və şəxsi kabinetin şifrəsi, qəbul olunma haqqında DİM-in səhifəsindən çıxarış, ümumi orta təhsil haqqında attestatın əsli (musiqi ixtisasları üzrə daxil olan tələbələr, həmçinin musiqi məktəbinin attestatlarını da təqdim etməlidir), ödənişli əsaslarla qəbul olunmuş tələbənin təhsil haqqının ödənilməsi haqqında ödəniş qəbzi, əlaqə nömrəsi və e-mail ünvanı, hərbi bilet (hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə) daxildir.
Eyni zamanda, ödənişli əsaslarla qəbul olunmuş tələbənin təhsil haqqından azad edilməsi üçün məcburi köçkün və şəhid ailəsi statusunu almış ailənin üzvlərinin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, hər iki valideyn himayəsindən məhrum olmuş, eyni zamanda, I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrin sənədlərinin notarial qaydada təsdiqlənmiş sənədləri də təqdim olunmalıdır.
Sənədlər sentyabrın 16-dan 25-dək şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9:00-dan 17:00-dək BXA-nın Tədris şöbəsində qəbul edilir.
Maraqlananlar əlavə məlumatı (+994 12) 597 51 75 əlaqə nömrəsindən əldə edə bilərlər.
Tehsil-press.az