Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi İstanbul Maltəpə Bələdiyyəsinin keçirdiyi Beynəlxalq Teatr Festivalında iştirak edib.
Festivalda yapon yazıçısı Kobo Abenin “Zamanın uçurumu” pyesi əsasında hazırlanan “Boksçu” tamaşası nümayiş olunub. Puç olmuş zaman haqqında psixoloji dram janrında hazırlanan səhnə əsərində ADMİU-nun magistr tələbəsi Hilal Dəmir, teatr sənəti fakültəsinin ikinci kurs tələbələri Fərhad Quluzadə və İsrafil Tağıyev çıxış ediblər. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, plastik həllin müəllifi və döyüş səhnələrinin quruluşçusu Ceyhun Dadaşov, rejissor assistenti Könül Ələkbərovadır.
Tamaşa festival iştirakçıları tərəfindən maraqla qarşılanıb və mükafat qazanıb. Nofəl Vəliyev əmək mükafatına, Fərhad Quluzadə “Ən yaxşı gənc aktyor” nominasiyası üzrə mükafata layiq görülüb.
“Zamanın uçurumu” ömrünü rinqə həsr etmiş boksçunun həyatından bəhs edir: ciddi diyet, yorucu məşqlər, ardıcıl döyüşlər. Turnir cədvəlində bir yerə çıxmaq üçün beş dəfə döyülməlisən. Döyülürsən və yenə aşağı düşürsən: “Həyat iyrəncdir, bir yerə yüksəlmək üçün digərini döyməlisən. Dünya niyə belə qurulub?”,- deyə əsas obraz bildirir. Bütün bunları niyə edir və buna dəyərmi? Yazıçının digər əsərləri kimi, burjua cəmiyyəti ilə qarşıdurmada olan insanlara həsr olunmuş bu pyesdə də pislik, xaos və şəxsiyyətin alçaldılması təsvir olunur. Kobo Abe əsərdə “əgər insanlar özlərinə qalib gələ bilərsə, şəri məğlub edə bilər” ideyası ilə çıxış edir.

ADMİU-nun Mətbuat Xidməti