Nazirlər Kabinetinin müvafiq məktubuna əsasən, Dövlət İmtahan Mərkəzində (DİM) 2020-ci il martın 17-dən etibarən vətəndaşların qəbulu dayandırılsa da, vətəndaşların müraciətləri "Çağrı Mərkəzi", elektron poçt və sosial şəbəkələr (“Facebook”, “Instagram”, “Twitter”, “Telegram”) vasitəsilə cavablandırılıb.
Sərt karantin rejimi tətbiq olunduqdan sonra “Çağrı Mərkəzi”nin əməkdaşları xüsusi proqram təminatı vasitəsilə zəngləri öz evlərindən cavablandırıblar.
Qeyd edək ki, 2019-cu ildə sentyabrın 22-dək 66 min 200 zəng, bu ilin müvafiq dövrünədək 73 min 343 zəng cavablandırılıb. Bu il 7 min 134 zəng daha çox olub.
Dövlət İmtahan Mərkəzinin regional bölmələri üzrə müraciətlər də telefon vasitəsilə cavablandırılıb. Mərkəzin [email protected] elektron poçt ünvanı vasitəsilə bu ilin 9 ayı ərzində 31 min 727 müraciətə cavab verilib. Ötən ilin 9 ayı ərzində bu rəqəm 15 min 260 müraciət təşkil edib. Aprelin 1-dən etibarən DİM-in “Facebook”, “İnstagram” və “Teleqram” kanallarında ümumilikdə məlumat xarakterli 554 post paylaşılıb.
Hər imtahanın nəticələri ilə bağlı Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılıb. Komissiya daxil olan bütün müraciətləri araşdırılıb, onlar abituriyentin istəyindən asılı olaraq onlayn qaydada və ya telefon vasitəsilə cavablandırılıb. Keçirilən bütün buraxılış və qəbul imtahanlarından sonra yaradılan Apelyasiya Komissiyalarına 5 min 50 ərizə daxil olub, onlardan 769-u təmin edilib. Müraciət olunan tapşırıqların ümumi sayı 14 min 869 olub, onlardan 1190 təmin edilib.
Tehsil-press.az