Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələri üçün "Microsoft Teams” və əlavə olaraq “Cisco Webex” platformasından ödənişsiz istifadə imkanları təqdim edilib.
Platformalar üzrə nazirlik tərəfindən müvafiq testlər həyata keçirilib ki, nəticədə hər iki həll onlayn dərslərin təşkili üçün təhlükəsiz, sürətli və dayanıqlı hesab olunub. Platformalardan istifadə üzrə müəllim və tələbələr üçün davamlı şəkildə təlimlər təşkil olunur, təlimatlar təqdim edilir və texniki dəstək göstərilir.
Hazırda 32 ali təhsil müəssisəsində sözügedən platformalardan istifadə olunur. Altı ali təhsil müəssisəsi isə bu platformalara qoşulmaq üzrədir. Onlayn dərslərə qoşulmaq üçün lazımi şəraiti olmayan müəllim və tələbələrin faydalanmaları üçün 17 region üzrə 28 məktəbdə internet-kompüter mərkəzləri fəaliyyət göstərir.
Təhsil müəssisələri sözügedən platformalar vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-tələbə müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə kimi müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana bilirlər.
Tehsil-press.az