Bakı Dövlət Universitetinin tələbələri “Coğrafi imla” beynəlxalq aksiyasında iştirak ediblər

Bakı Dövlət Universitetinin tələbələri “Coğrafi imla” beynəlxalq aksiyasında iştirak ediblər Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin ll kurs tələbələri Rusiya Coğrafiya Cəmiyyətinin (RCC) təşkil etdiyi altıncı “Coğrafi imla” beynəlxalq aksiyasında iştirak ediblər.
Tədbirdə yaşından, təhsilindən, sosial mənsubiyyətindən, dini etiqadından və vətəndaşlığından asılı olmayaraq qeydiyyatdan keçən, rus dilini bilən və aksiyaya qoşulmaq istəyən 108 ölkədən 6446 nəfər iştirak edib. Mürəkkəblik dərəcəsi müxtəlif olan 30 tapşırıqdan ibarət imla coğrafi anlayışlar və terminlər, əsas coğrafi qanunauyğunluqlar, coğrafi obyektlərin xəritədə yerləşməsi barədə biliklər və bu bilikləri praktikada tətbiq etmək bacarığının yoxlanılması məqsədilə keçirilib. Distant formada keçirilən aksiya Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin koordinatorluğu ilə baş tutub.
Aksiyanın nəticələri 2021-ci il yanvarın 15-də diktant.rgo.ru saytında yayımlanacaq. Həmçinin onlayn aksiyada iştirak müddəti dictant.rgo.ru veb saytında dekabrın 6-dək uzadılıb.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

Tehsil-press.az

Oxşar xəbərlər