Oktyabrın 7-də AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə başlanılıb.
2 həftə davam edəcək təlimləri Avstraliyanın Macquarie Universitetinin müəllimi professor Əli Əkbər Rəsuli aparır.
Tədbirdə giriş sözü ilə çıxış edən institutun direktoru, akademik Ramiz Məmmədov CİS texnologiyalarının ölkə ərazisində inkişaf etdirilməsinin, onun nəzəri problemlərinin öyrənilməsinin, praktikada tətbiq olunmasının əhəmiyyətini vurğulayıb. Akademik bildirib ki, CİS texnologiyalarının tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə elmi tədqiqat işlərinin intensivləşdirilməsi və yüksəkixtisaslı kadrlar hazırlanması zəruridir.
Sonra professor Əli Əkbər Rəsuli coğrafi informasiya sistemlərinin yaranması, ideyası və mahiyyəti barədə məlumat verib.
Təlimlərdə AMEA-nın Coğrafiya, Neft və Qaz, Zoologiya, Geofizika və Geologiya institutları, Respublika Seysmoloji Xidməti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının elmi işçi və müəllim heyəti iştirak edir.
Sonda iştirakçılara sertifikat veriləcək.

AMEA-nın Mətbuat Xidməti