Bakı Dövlət Universitetində coğrafi tədqiqatlarla bağlı müzakirələr aparılıb

Bakı Dövlət Universitetində coğrafi tədqiqatlarla bağlı müzakirələr aparılıb Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Strateji yol xəritələri və coğrafi tədqiqatlar” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə bu ali məktəbin rektorunun müşaviri, professor İsmayıl Əliyev ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb, dahi rəhbərin elm və təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb.
Professor İ.Əliyev ümummilli lider Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib.
Sonra coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova, iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov və digər alimlər məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycanın davamlı inkişafında içməli su təchizatının rolu, Azərbaycanın regional şəhərlərinin əhalisinin miqrasiyasının iqtisadi-coğrafi problemləri, strateji yol xəritəsi və onun reallaşdırılmasının iqtisadi coğrafi şəraiti barədə ətraflı məlumat verilib.
Bölmə iclaslarında da mövzuya dair məruzələr dinlənilib, müzakirələr aparılıb.
Elmi konfransa ümumilikdə 50 tezis təqdim edilib.

Hüseyn Şərifov


Bakı Dövlət Universitetində coğrafi tədqiqatlarla bağlı müzakirələr aparılıbBakı Dövlət Universitetində coğrafi tədqiqatlarla bağlı müzakirələr aparılıb

Oxşar xəbərlər