Azərbaycan Texniki Universitetində İnnovasiya və Məşğulluq Mərkəzi yaradılacaq

Azərbaycan Texniki Universitetində İnnovasiya və Məşğulluq Mərkəzi yaradılacaq Azərbaycan Texniki Universitetində (AzTU) İnnovasiya və Məşğulluq Mərkəzi yaradılacaq.
Bu barədə universitetin Elmi şurasının növbəti onlayn iclasında qərara alınıb.
Mərkəzin yaradılmasında məqsəd universitet-sənaye işbirliyinin gücləndirilməsi, biznes strukturları ilə əməkdaşlığın səmərəli və effektiv həyata keçirilməsi, elmi tədqiqatlarda innovasiya istiqamətlərinin artırılması, məzunlarla əlaqələrin qurulması, onların işlə təmin olunmasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər