Aprelin 4-də Azərbaycan Sənaye Korporasiyasının beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xaqan Teymurov və korporativ xidmətlər departamentinin direktor müavini Azad Aslanov Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Rektor vəzifəsini icra edən Xalıq Yahudov qonaqlara universitetin istehsalat müəssisələri ilə əlaqələri barədə məlumat verib. Texniki təhsilin təcrübə ilə bağlılığına diqqət çəkən X.Yahudov qeyd edib ki, AzTU Azərbaycan Sənaye Korporasiyası ilə əməkdaşlıqda maraqlıdır.
Öz növbəsində qonaqlar da bildiriblər ki, Azərbaycan Sənaye Korporasiyası ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq etmək niyyətindədir.
Görüşdə AzTU ilə müxtəlif istiqamətli əlaqələrin qurulması, elmi potensialdan birgə istifadə, tələbələrin Azərbaycan Sənaye Korporasiyasının istehsalat müəssisələrində təcrübə keçməsi və sonradan onların işlə təmin olunması, həmçinin startap layihələrinin maliyyələşdirilməsi məsələləri müzakirə olunub. Qərara alınıb ki, ilkin mərhələdə hər iki tərəfdən işçi qrupu yaradılsın və əməkdaşlıq sahələri müəyyən olunsun.

AzTU-nun Mətbuat Xidməti