Bakı Slavyan Universitetində payız semestrinin imtahan sessiyasına hazırlıq məsələləri müzakirə edilib

Bakı Slavyan Universitetində payız semestrinin imtahan sessiyasına hazırlıq məsələləri müzakirə edilib Bakı Slavyan Universiteti (BSU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən keçirilən iclasda rektor Nurlana Əliyeva şura üzvlərini Azərbaycan xalqının Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində möhtəşəm Qələbə qazanması münasibətilə təbrik edib.
İclasda BSU-da 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı məsələlər müzakirə edilib, sessiyanın ölkəmizdə davam edən xüsusi karantin rejiminin tələblərinə uyğun və eyni zamanda şəffaf, ədalətli və obyektiv keçirilməsi üçün fakültə dekanları, kafedra müdirləri və digər müvafiq strukturların rəhbərləri qarşısında konkret vəzifələr qoyulub. Daha sonra iclasda cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Sonda rektor Nurlana Əliyeva iclasda irəli sürülən vəzifələrin uğurla həyata keçirilməsi üçün tapşırıq və tövsiyələrini verib.

Tehsil-press.az

Oxşar xəbərlər