Yanvarın 17-də Bakı Slavyan Universitetində (BSU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib.
BSU-nun rektoru, professor Nurlana Əliyeva mediatur iştirakçılarını imtahan sessiyası ərəfəsində universitetdə həyata keçirilən tədbirlər, imtahan sessiyasına hazırlıq barədə geniş məlumatlandırıb. Bildirib ki, Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 2019-cu il 6 dekabr tarixli əmrə əsasən, BSU-da müvafiq əmr hazırlanıb. Həmin əmrə əsasən, 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının tədris planlarına uyğun olaraq yanvarın 7-dən fevralın 1-dək keçirilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkilinin müvafiq strukturlar tərəfindən təmini, imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, tələbələrin müraciətlərinə yerindəcə çevik şəkildə baxılması məqsədilə universitet rəhbərliyinin, valideyn şuralarının, tələbə ictimai təşkilatlarının, mətbuat xidmətinin və ictimaiyyətin nümayəndələrinin tərkibinə daxil edildiyi 15 nəfərdən ibarət İmtahan Qərargahı yaradılıb. Fakültələrdə yaradılmış apellyasiya komissiyalarının qərarlarından narazı qalan tələbələrin işlərinə yenidə baxılması məqsədilə BSU-da 12 nəfərdən ibarət Apellyasiya Komissiyası yaradılıb. Eyni zamanda, imtahan sessiyasında tələbələrin cavab kartlarının kodlaşdırılması, imtahan sənədlərinin düzgün və səliqəli tərtib edilməsi üçün BSU-nun I tədris binasında 7 nəfərdən ibarət, II tədris binasında isə 4 nəfərdən ibarət işçi qrupları yaradılıb. Ehtiyac yarandığı təqdirdə Apellyasiya Komissiyasının işinə müxtəlif ixtisasları təmsil edən mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur. BSU-da imtahan prosesi çevik, mütəşəkkil, şəffaf və obyektiv keçirilir. İmtahanlar vaxtında başlayır, tələbələrə öz bilik səviyyələrini nümayiş etdirmək üçün hər cür şərait yaradılıb. Yazılı imtahanların nəticələri növbəti gün, şifahi imtahanların nəticələri isə imtahanda elan edilir. İmtahan sessiyasının şəffaf və obyektiv, qanun çərçivəsində keçirilməsi üçün fakültə dekanları, kafedra müdirləri və digər müvafiq struktur bölmə rəhbərləri qarşısında konkret vəzifələr qoyulub. İmtahanların keçirildiyi auditoriyalar tam hazırlıqlı vəziyyətə gətirilib, auditoriyalarda səliqə-sahman təmin edilib, müşahidə kameraları quraşdırılıb. Auditoriyalardakı “ağıllı lövhələr”də imtahanlarla bağlı məlumatlar öz əksini tapır. İmtahan prosesinə nəzarət edən nəzarətçi-müəllimlər, İmtahan Qərargahının və Apellyasiya Komissiyasının üzvləri onlara tapşırılmış vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Tələbələrin İmtahan Qərargahına və Apellyasiya Komissiyasına etdikləri müraciətlər çevik, ədalətli və hərtərəfli araşdırılır. Tələbələrin müraciətlərinin araşdırılmasına yoxlayıcı müəllimlərlə yanaşı, fənni tədris edən müəllimlər də cəlb edilir ki, bu da qiymətləndirilmənin obyektivliyini təmin edir.
Rektor imtahan sessiyası ərəfəsində hər bir tədris ilinin tələbələri ilə ayrı-ayrılıqda görüş keçirdiyini, onlara öz tövsiyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib, məsləhət saatlarının keçirildiyini qeyd edib. Vurğulayıb ki, bütövlükdə payız semestrinin imtahan sessiyası uğurla davam edir.
Mediatur iştirakçıları İmtahan Qərargahının və Apellyasiya Komissiyasının fəaliyyəti ilə tanış olublar. Qərargahın rəhbəri, dosent Şərqiyyə Həsənova və Apellyasiya Komissiyasının sədri, professor Habil Məmmədov media nümayəndələrinə tətbiq olunan yeniliklər, müraciətlərin qəbul edilməsi, cavablandırılması qaydaları və s. barədə ətraflı məlumat veriblər.
Sonra mediatur iştirakçıları auditoriyalarda imtahanların gedişini izləyiblər. Onlar burada kameraların, “ağıllı lövhələr”in də iş prinsipləri ilə tanış olublar.
Mediatur iştirakçıları ilə söhbət zamanı tələbə-gənclər şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər. Sonda professor Şahlar Əsgərov, Trend İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev BSU-da keçirilən imtahanlarla bağlı müsbət fikirlər səsləndirib, tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirərək rektor Nurlana Əliyevaya yüksək səviyyədə təşkilatçılığa görə minnətdarlıq ediblər.
Tehsil-press.az