“İran Fəxrizadənin öldürülməsinə görə uyğun vaxtda qisas alacaq”

“İran Fəxrizadənin öldürülməsinə görə uyğun vaxtda qisas alacaq” Tehran İranın nüvə fizikası üzrə alimi Möhsün Fəxrizadənin öldürülməsinə görə uyğun vaxtda qisas alacaq.
“Öldürülənin qanı üçün uyğun vaxtda qisas İran hökumətinin hüququdur”, - “Tasnim” agentliyi iranlı siyasətçinin sözlərini sitat gətirir.
Ruhani, həmçinin qeyd edib ki, əgər qarşı tərəf (söhbət ABŞ və Aİ-dən gedir) nüvə razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirərsə, İran sazişin yerinə yetirilməsinə qayıdacaq.
Qeyd edək ki, noyabrın 27-də nüvə fizikası üzrə alim, İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadə Tehranda avtomobilində qətlə yetirilib.

Tehsil-press.az

Oxşar xəbərlər