İranlı alim uzaqdan idarə edilən silahla öldürülüb

İranlı alim uzaqdan idarə edilən silahla öldürülüb İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlinin detalları bəlli olub.
Alimin uzaqdan idarə olunan avtomat silahdan açılan atəş nəticəsində öldürüldüyü bildirilir.
Həyat yoldaşı ilə Rostamkol şəhərindən (Mazandaran əyaləti) Absard şəhərinə (Tehran əyaləti) gedən Fəxrizadəni üç təhlükəsizlik maşını müşayiət edib. Öndə gedən avtomobilə atəş açılarkən alim güllə səsinə avtomobilindən çölə çıxıb. Maşının mühərrikində problem yarandığını düşünən Fəxrizadəyə 150 metr məsafədə olan “Nissan” avtombilindən atəş açılıb. Atəş uzaqdan idarə olunan silahdan açılıb. Daha sonra “Nissan” partladılıb. Hadisəni törədənlər isə insident yerində olmayıb.
Agentliyin məlumatına görə, alimə 4 güllə dəyib. Fəxrizadənin cangüdəni də bir neçə güllə yarası alıb.
Fəxrizadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edilir ki, “Nissan”ın sahibi oktyabrın 29-da İranı tərk edib.

Tehsil-press.az

Oxşar xəbərlər