Məişət zorakılığına qarşı mübarizə sahəsində ixtisaslı kadrlar hazırlanacaq.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nda əks olunub. İşin icrası Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyinə tapşırılıb.
Bundan başqa, Milli Fəaliyyət Planına əsasən, sosial xidmət, səhiyyə və təhsil müəssisələrinin əməkdaşları üçün təlimlər də keçiriləcək.
Xatırladaq ki, Milli Fəaliyyət Planının əsas məqsədi ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılmasıdır.
Tehsil-press.az