Ailə hüquqlarının müdafiəsi ilə bağlı yeni dərs vəsaiti nəşr edilib

Ailə hüquqlarının müdafiəsi ilə bağlı yeni dərs vəsaiti nəşr edilib Xəzər Universiteti hüquq departamentinin baş müəllimi, Vəkillər Kollegiyasının üzvü Akif Əlizadənin müəllifliyi ilə “Ailə hüquqlarının müdafiəsi: ailənin sosial, hüquqi və iqtisadi müdafiə hüququ – nəzəriyyə və təcrübə” adlı dərs vəsaiti nəşr edilib.
Vəsaitdə ailənin Azərbaycan Respublikasının Ailə Məcəlləsində və digər çoxsaylı milli qanunvericilik aktlarında, həmçinin ölkəmizin qanunvericilik sisteminin tərkib hissəsi olan beynəlxalq sənədlərdə nəzərdə tutulan sosial, hüquqi və iqtisadi müdafiə hüququ izahlı və kompleks şəkildə əks olunmaqla hüquqlardan yararlanma və müdafiə mexanizmləri haqda geniş məlumat verilir.
Kitab əsasən dərs vəsaiti kimi nəzərdə tutulsa da, geniş oxucu kütləsinin, xüsusilə yeni ailə quran gənclərin marağını da təmin edir. Nəşrlə tanış olan hər kəs zəruri hüquqlarını bilməklə peşəkar vəkilin (və ya hüquq müdafiəçisinin) köməyi olmadan hüquqlarını lazımi səviyyədə müdafiə edə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər