Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) “İmtahan psixologiyası” adlı onlayn seminar keçirib.
Seminarda təlimçi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun psixoloqu Səbinə Ələkbərova imtahanın yalnız qazanılmış biliklərin deyil, eyni zamanda, insanın psixoloji davamlılığının sınaqdan keçirilməsi mərhələsi olduğunu qeyd edib. Psixoloq imtahandan uğurla keçmək üçün özünüqiymətləndirmənin səviyyəsini yüksəltməyin vacib olduğunu vurğulayıb, imtahan ərəfəsində həyəcanı azaldan vasitələrdən bəhs edib.
Fakültə TGT-nin sədri Əli Qədirli seminarın imtahan sessiyasına hazırlaşanlara dəstək vermək məqsədilə həyata keçirildiyini qeyd edib.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov seminarın imtahan verənlərin gərginliyinin azalmasına, diqqətin və hazırlığın səmərəsinin artmasına, imtahan nəticələrinin yüksəlməsinə töhfə verə biləcəyini bildirib.
Qeyd edək ki, 120 nəfərdən çox tələbənin iştirak etdiyi seminar sualların cavablandırılması ilə başa çatıb.
Tehsil-press.az