Maliyyə-İqtisad Kollecinin tələbələri ilə görüş

Maliyyə-İqtisad Kollecinin tələbələri ilə görüş Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Maliyyə-İqtisad Kollecində əyani şöbənin tələbləri ilə görüş keçirilib.
Videokonfrans formatında keçirilən görüşdə kollecin direktoru Oruc Məmmədov 2020/2021-ci tədris ilinin birinci semestrində distant formada təşkil edilən tədris prosesi, tələbələrin dərsə davamiyyəti barədə ətraflı məlumat verib. O, sərbəst işlərin qəbul edildiyi, kollokviumların keçirildiyini, test üsulu ilə keçiriləcək imtahan suallarının və cədvəllərinin bir ay öncədən tələbələrə təqdim edildiyini iştirakçıların diqqətinə çatdırıb. Eləcə də tələbə biliyinin qiymətləndirilməsi meyarları, imtahan zamanı intizam qaydaları, imtahan qərargahının və apelyasiya komissiyasının onlayn rejimdə fəaliyyəti barədə danışıb.
UNEC rektorunun kolleclər üzrə məsləhətçisi, professor Nuru Mikayılov kollecdəki təlim-tərbiyə prosesindən bəhs edib.
Görüş zamanı tələbləri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər