Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Elmi şurasında 2020/2021-ci tədris ilinin payız semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi və qış imtahan sessiyasının təşkili barədə məsələlər müzakirə edilib.
Cari ilin payız semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi zamanı onlayn dərslərdə iştirak edən tələbə və magistrantlar tədris prosesində əldə etdikləri nəticələr əsasında qiymətləndiriləcəklər. Dərsə davamiyyətindən asılı olmayaraq, bütün tələbələr imtahanlara buraxılacaqlar. İmtahanlar onlayn formada şifahi, ehtiyac olduğu təqdirdə isə yazılı formada keçiriləcək. İmtahan sualları yalnız tədris olunan mövzular əsasında tərtib ediləcək.
Qeyri-ixtisas fənləri (mülki müdafiə, informatika və kompüter texnologiyası və multikulturalizmə giriş) üzrə imtahanlar ləğv olunaraq, həmin fənlər üzrə tələbələrin qiymətləndirilməsi təhsil müddətində əldə etdikləri nəticələr (ümumi orta müvəffəqiyyət göstəricisi - ÜOMG) əsasında hesablanacaq. İmtahanlara giriş balı bütün tələbələr üçün ən azı 20 bal müəyyənləşdirilib. İmtahanlardan minimum 17 bal toplamaq şərti ləğv edilib.
Vurğulanıb ki, payız semestri ərzində Aİİ-də tələb olunan sərbəst işlərin sayı 10-dan 3-ə endirilib. Cari semestr müddətində əlavə dərslər keçirilərək, sillabuslara uyğun bütün mövzular tam mənimsənilib və imtahanqabağı məsləhət saatlarının sayı artırılıb. Cəbhə bölgəsində yaşayan, internet problemi olan, o cümlədən qış imtahan sessiyası zamanı koronavirus infeksiyasına (COVID-19) yoluxmuş tələbələrin imtahan prosesində bu amillərin nəzərə alınması tövsiyə edilib.
Xüsusi karantin rejiminin tələblərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün bütün lazımi şərait yaradılacaq. İmtahanın nəticəsindən narazı qalan tələbələr 48 saat ərzində Apelyasiya Komissiyasına müraciət edə biləcəklər.
Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 2020-ci il noyabrın 2-dən etibarən distant formada davam etdirilir.
Tehsil-press.az