UNEC-də yaz imtahan sessiyası başa çatıb

UNEC-də yaz imtahan sessiyası başa çatıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019-2020-ci tədris ilinin yaz imtahan sessiyası başa çatıb.
Koronavirus pandemiyasının yaratdığı mövcud vəziyyətə əsasən, semestr imtahanları distant formada şifahi və test üsulu ilə təşkil olunub. Distant imtahanlar virtual otaqlarda (studiyalarda) keçirilib.
Universitetdə tələbə biliyinin distant formada qiymətləndirilməsi dünya təcrübəsinə uyğun olaraq aparılıb. Distant formada keçirilən imtahan sessiyası zamanı obyektivlik və şəffaflığın təmin olunması üçün ciddi proktorinq sistemi (uzaqdan nəzarət sistemi) tətbiq edilib. Bununla yanaşı, tələbələrin imtahan proseslərinin videoqeydiyyatı aparılıb. Apelyasiya müraciəti araşdırılarkən həmin videogörüntüdə imtahan prosesini təkrar izləmək mümkün olub. Universitet səviyyəsində imtahan prosesinə nəzarət sistemində də təkmilləşmələr aparılıb. UNEC rəhbərliyi səviyyəsində və hər bir fakültədə virtual qərargah formalaşdırılıb ki, burada qarşıya çıxan məsələlərin operativ həlli təmin edilib. Fakültələrdə virtual imtahan qərargahlarında imtahanlara birbaşa nəzarət edən proktorlar, proktorinq sistemini tənzimləyən subadminlər, fakültələr üzrə təşkil edilən bütün imtahan sistemini nəzarətdə saxlayan koordinatorlar təmsil olunub.
İmtahan nəticələrinə görə apelyasiya sistemi əvvəlki kimi fəaliyyət göstərib. Tələbələr imtahan sessiyası ilə bağlı bütün müraciətlərini fakültələrin, elədə də “Facebook”da “UNEC Qaynar xətt” səhifəsinə ünvanlayıblar. Müraciətlər vaxtında cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər