Bu il Bakı məktəblərində işə qəbul üzrə 1709 vakansiya təqdim olunub

Bu il Bakı məktəblərində işə qəbul üzrə 1709 vakansiya təqdim olunub Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2020-2021-ci dərs ili üçün 1709 vakansiya təqdim olunub.
Müsabiqə və müsahibələr nəticəsində 1691 nəfər işə qəbul olunub. Belə ki, 1209 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 228 nəfər vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 254 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər