Pakistanın Bəlucistan əyalətində terrorçular işə gedən 11 şaxtaçını əsir götürüb yaxınlıqdakı dağa apararaq güllələyiblər.
6 nəfər yerindəcə, 5-i isə xəstəxanaya aparılarkən ölüb. Bildirilir ki, güllələnən şaxtaçılar İslamın şiə təriqətindən olan xəzəri icmasının üzvləridir. Terrorçular digər şaxtaçılara toxunmayıb.
Pakistanın Baş naziri İmran Xan terrorçuların bu qanlı əməlini “amansız terror aktı” adlandırıb. Pakistan hökuməti terrorçuların axtarışını elan edib. Hadisə ilə bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Tehsil-press.az