Türkiyənin Şırnak vilayətinin Uludərə bölgəsində hərbiçilərə qarşı terror aktı törədilib.
Türkiyə KİV xəbər verir ki, hadisə nəticəsində Türkiyə ordusu biri baş leytenant olmaqla, iki əsgər şəhid verib.
Məlumata görə, terrorçular hadisəni zirehli hərbi maşının yolla hərəkəti zamanı kustar üsulla hazırlanan bombanı partlatmaqla törədiblər.
Hadisədən dərhal sonra bölgədə əməliyyat başlayıb. Hərbiçilərə qarşı pusqunu hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Tehsil-press.az